logo
Salyanda fəaliyyət göstərən marketdə saxta spirtli içkilər aşkarlanıb

Salyanda fəaliyyət göstərən marketdə saxta spirtli içkilər aşkarlanıb

Salyanda fəaliyyət göstərən marketdə saxta spirtli içkilər aşkarlanıb Salyanda fəaliyyət göstərən marketdə saxta spirtli içkilər aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Salyan rayonu, Ələt-Astara magistral yolunun 60-cı kilometrliyində fəaliyyət göstərən, Süleymanov Sərxan Qurbanəli oğluna məxsus “Ay Store” marketdə yoxlama keçirib.      

Baxış zamanı iaşə obyektində 8 ədəd 1 litrlik, 3 ədəd 0.7 litrlik və 8 ədəd 0.5 litrlik “Platinum Vısota” əmtəə nişanlı saxta spirtli içki aşkarlanıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib və saxta spirtli içkilərin satışa çıxarılmasının qarşısı alınıb. Araşdırmalar davam etdirilir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media