https://innews.media/uploads/news/2025-04/_innews_c1f7fe04a3c0cf78ebb46100f_o.jpg
“Rəsmi Pekin sabaha qədər 34% tarif artımını geri götürməzsə, ABŞ Çinə 50% əlavə rüsum tətbiq edəcək”.
Bu haqda ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında paylaşım edib.
ABŞ lideri qərar qəbul etmək üçün Çinə sabaha qədər vaxt verib:
“Çin sabah 8 aprel 2025-ci il tarixinə qədər onsuz da uzunmüddətli ticarət sui-istifadələrindən yuxarı olan 34% artımını geri götürməsə, ABŞ aprelin 9-dan etibarən Çinə 50% əlavə rüsumlar tətbiq edəcək!”
O, həmçinin qeyd edib ki, Çinin tələb etdiyi görüşlərlə bağlı bütün danışıqlar da dayandırılacaq.