https://innews.media/uploads/news/2025-04/_innews_430e363baa52a5781f9a6abe2_o.jpg
Milli Məclisin deputatı Qaya Məmmədov aprelin 6-da Polşa Respublikasının paytaxtı Varşava şəhərinə səfər edəcək.
Səfər zamanı millət vəkili Azərbaycan Respublikasının Polşadakı səfirliyi tərəfindən təşkil olunmuş “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” sərlövhəli foto-sərgidə iştirak edəcək. O, həmçinin burada keçiriləcək bir sıra görüşlərə qatılacaq.
Səfər aprelin 9-da başa çatacaq.