2025-ci ilin ilk iki ayında Bakı metropoliteninin stansiyalarında sərnişinlər tərəfindən eskalatorların dayanmasına 534 dəfə səbəb olunub.
Bu hallar əsasən aşağıdakı səbəblərdən baş verib:
- Sərnişinlərin eskalator lentlərinə əşyalar və ya geyimlərinin ilişməsi
- Təhlükəsizlik qaydalarına əməl olunmaması
- Eskalatorun fövqəladə dayanma düyməsinə əsassız basılması
Bakı Metropoliteni sərnişinlərə xəbərdarlıq edərək, eskalatordan istifadə zamanı daha diqqətli və məsuliyyətli olmağa çağırır.
Qaydaların pozulması həm sizin, həm də digər sərnişinlərin təhlükəsizliyi üçün risk yarada bilər!
Ən son xəbərləri səhifəmizdən də izləyin