logo
Mingəçevirdə sabiq direktorun işə bərpa tələbi məhkəmə qərarı ilə rədd edildi

Mingəçevirdə sabiq direktorun işə bərpa tələbi məhkəmə qərarı ilə rədd edildi

Mingəçevirdə sabiq direktorun işə bərpa tələbi məhkəmə qərarı ilə rədd edildi Mingəçevirdə sabiq direktorun işə bərpa tələbi məhkəmə qərarı ilə rədd edildi

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi dövlət vəsaitinin mənimsənilməsinə görə vəzifəsindən azad edilən məktəb direktorunun iddiaları ilə bağlı açıqlama yayıb. 

innews.media xəbər verir ki, təlim-tədris prosesində baş vermiş neqativ hallarla bağlı  Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbində aparılmış yoxlamalar nəticəsində sabiq direktor Qazıyev Azər Arif oğlunun fəaliyyəti zamanı dövlət büdcəsi vəsaitlərinin düzgün istifadə edilməməsi və ya təyinatı üzrə xərclənməməsi ilə bağlı əsaslı şübhələr müəyyən edilib.

Bu səbəbdən Qazıyev Azər Arif oğlu 27 fevral 2024-cü il tarixində vəzifəsindən azad olunub. Daha sonra o, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı işə bərpa olunmaq və məcburi iş buraxmaya görə əməkhaqqı tələbi ilə məhkəməyə müraciət edib.

Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən, sabiq direktorun iddiası təmin edilməyib və onun işə bərpa olunması ilə bağlı tələbi rədd edilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin