logo
 Moskva üzərində hava məkanının bağlanması AZAL-ın Bakı-Moskva reyslərinə gecikmələrə səbəb oldu

Moskva üzərində hava məkanının bağlanması AZAL-ın Bakı-Moskva reyslərinə gecikmələrə səbəb oldu

Moskva üzərində hava məkanının bağlanması AZAL-ın Bakı-Moskva reyslərinə gecikmələrə səbəb oldu Moskva üzərində hava məkanının bağlanması AZAL-ın Bakı-Moskva reyslərinə gecikmələrə səbəb oldu

Rusiya Federasiyasının Moskva şəhəri üzərində hava məkanının bağlanması səbəbindən Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin Bakı-Moskva marşrutu üzrə həyata keçirilən J2-807 (Vnukovo) və J2-181 (Domodedovo) nömrəli reyslərində gecikmələr müşahidə olunur.

Uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə AZAL vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri baş verə biləcək dəyişikliklər barədə mütəmadi olaraq məlumatlandıracaq.

Gecikən reyslərin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media