logo
Nazir müavini ermənilərin Xocalıda törətdiyi yanğınlara münasibət bildirib

Nazir müavini ermənilərin Xocalıda törətdiyi yanğınlara münasibət bildirib

Nazir müavini ermənilərin Xocalıda törətdiyi yanğınlara münasibət bildirib Nazir müavini ermənilərin Xocalıda törətdiyi yanğınlara münasibət bildirib

Ermənilər bu dəfə də Xocalı istiqamətində, dağlıq ərazilərimizdə yanğınlar törətməklə öz riyakarlıqlarını, təkcə insanlığa deyil, həm də təbiətə qarşı düşmən mövqedə olduqlarını bir daha göstərmiş oldular.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, bu cür hadisələr təbiətə qarşı cinayətdir, ekoloji terror aktıdır.

 "Təəssüf ki, düşmən tərəfinin törətdiyi bu yanğınları ürəkağrısız izləmək mümkün deyil. Yanğınlar Xocalı istiqamətində olduqca zəngin bioloji müxtəlifliyi, nadir və nəsli kəsilmək təhlükəsi olan bitki və heyvan növlərinin yaşayış məskənini dağıdır,  bu yerlərə xas olan palıd, vələs, fıstıq, qovaq, tozağacı kimi cinslərə aid qiymətli meşələrin  məhvinə səbəb olur.

Ümumiyyətlə, ermənilərin törətdiyi yanğınlar  ekosistemimizə  böyük zərərlər vurur ki, bu da onların insanlığa və təbiətə düşmən münasibətinin bir daha təsdiqidir".

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media