https://innews.media/uploads/news/2025-03/_innews_de072e630d78e165678b53ac9_o.jpg
Gəncə Gömrük İdarəsinin təşəbbüsü ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində görüş keçirilib.
Görüşdə gömrük sistemində həyata keçirilən yeniliklər, təkmilləşdirilmələr, eyni zamanda rəsmiləşdirilmə prosesinin sürətləndirilməsi və rəqəmsallaşdırılması istiqamətində tətbiq edilən layihələr barədə geniş məlumat verilib.
Gömrük əməkdaşları müəssisənin fəaliyyəti və istehsal prosesi ilə yaxından tanış olublar.
Həmçinin gömrük əməliyyatları zamanı qarşıya çıxan məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, biznes subyektlərinin rəy və təklifləri dinlənilib, onların sualları ətraflı cavablandırılıb.