https://innews.media/uploads/news/2025-02/_innews_5daccd99beda764e5dfb0ff92_o.jpg
Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə Bakı-Sumqayıt istiqamətində fəaliyyət göstərən 594 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların sayı artırılıb.
Yenilənmiş iş qrafikinə əsasən, avtobusların intervalı 7 dəqiqəyə, pik saatlarda isə 3 dəqiqəyə endirilib. Bu dəyişiklik, sərnişin sıxlığını azaltmaq və onların gediş-gəlişini daha sürətli və komfortlu etmək üçün həyata keçirilib.
Bakı-Sumqayıt sərnişin axınının yüksək olduğu nəzərə alınaraq, xidmət səviyyəsinin daha da yüksəldilməsi istiqamətində müvafiq addımlar atılmağa davam ediləcək.