https://innews.media/uploads/news/2025-02/_innews_c2b8fb1db0abec2df37a7c98d_o.jpg
Fevralın 18-də Milli Olimpiya Komitəsinin lX hesabat-seçki Baş Məclisi keçirilib.
Baş Məclisdən sonra MOK-un yeni seçilmiş İcraiyyə Komitəsinin ilk iclası olub.
İclasda Azər Əliyev Milli Olimpiya Komitəsinin baş katibi, Çingiz Hüseynzadə vitse-prezident, İcra Aparatının rəhbəri, Zemfira Meftaxetdinova və Fərid Mansurov MOK-un vitse-prezidentləri seçiliblər.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İcra Aparatının rəhbəri, Çingiz Hüseynzadə İcraiyyə Komitəsinin yeni seçilmiş üzvlərini təbrik edərək, onlara ölkəmizdə idman və Olimpiya Hərəkatı sahəsindəki fəaliyyətlərində uğurlar arzulayıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin