logo
Şəhid Elşən Tağıyev 30 il sonra doğma yurda qayıtdı

Şəhid Elşən Tağıyev 30 il sonra doğma yurda qayıtdı

Şəhid Elşən Tağıyev 30 il sonra doğma yurda qayıtdı Şəhid Elşən Tağıyev 30 il sonra doğma yurda qayıtdı

Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyümüz  uğrunda canından keçən igidlərimizdən biri olan, Salyan rayonunun Seyidsadıqlı kənd sakini Tağıyev Elşən Qubad oğlu uzun müddət davam edən axtarışlar, aparılan araşdırmalar və itkin düşən şəhidlərin qalıqlarının müəyyən edilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində kimliyi müəyyən olunub. 07 Fevral 2025-ci ildə onun nəşi doğma yurduna gətirilərək, ailəsinin, yaxınlarının, Milli Məclisin deputatı Günay Ağamalının, Salyan rayon və hüquq mühafizə qrumlarının rəhbərlərinin, rayon ictimaiyyətinin iştirakı ilə torpağa tapşırıldı.

Tağıyev Elşən Qubad oğlu 1994-cü ildə Füzuli uğrunda gedən döyüşlərdə Şəhadətə ucalıb. O, İmişli məzarlığında naməlum əsgər kimi dəfn edilmişdi.

Xalqımız torpaqlarımızın azadlığı uğrunda uğrunda canından keçən şəhidlərimizi heç zaman unutmayacaq. Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

 

Milli Majlisin deputatı Gunay Agamali

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin