logo
Ombudsman Səbinə Əliyeva 20 Yanvar şəhidlərini ehtiramla andı

Ombudsman Səbinə Əliyeva 20 Yanvar şəhidlərini ehtiramla andı

Ombudsman Səbinə Əliyeva 20 Yanvar şəhidlərini ehtiramla andı Ombudsman Səbinə Əliyeva 20 Yanvar şəhidlərini ehtiramla andı

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Ombudsman Aparatının kollektivi 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

Ziyarət zamanı ölkəmizin müstəqilliyi və azadlığı uğrunda həyatını qurban vermiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib. Şəhidlərin məzarları önünə tər güllər düzülərək, onların ruhuna dualar oxunub.

Bu ziyarət xalqımızın azadlıq uğrunda verdiyi qurbanların unudulmadığını bir daha göstərir və onların xatirəsinin hər zaman uca tutulduğunu nümayiş etdirir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media