logo
Milli Məclis sədrinin  müavini Rafael Hüseynov komitə rəhbərləri ilə müzakirələr aparıb

Milli Məclis sədrinin müavini Rafael Hüseynov komitə rəhbərləri ilə müzakirələr aparıb

Milli Məclis sədrinin müavini Rafael Hüseynov komitə rəhbərləri ilə müzakirələr aparıb Milli Məclis sədrinin müavini Rafael Hüseynov komitə rəhbərləri ilə müzakirələr aparıb

Milli Məclisin qış sessiyası başlanır.

2025-ci ildə komitələrinin işinin daha səmərəli aparılması məqsədi ilə vitse-spiker Rafael Hüseynov yanvarın 17-də Milli Məclisin İctimai birliklər və dini qurumlar, Mədəniyyət, Gənclər siyasəti və idman komitələrinin rəhbərliyi ilə görüş keçirib.

Akademik Rafael Hüseynov hər komitə yanında sahələr üzrə nüfuzlu ekspert komissiyalarının yaradılması, səyyar komitə iclaslarının təşkili, vətəndaşların müraciətləri və seçicilərlə qəbullarda qaldırılan mövzuların müvafiq nazirliklər, komitələr və qurumlarla əlaqələri sıxlaşdıraraq optimal həll üsullarının aranması səmtində fəaliyyyətin intensivləşdirilməsi məsələlərinə toxunmuşdur.

Müazakirələrdə Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu və həmin komitənin sədr müavini Günay Əfəniyeva, Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov və həmin komitənin sədri Könül Nurullayeva, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa 2025-ci ildə komitələrin yerinə yetirməli olduğu işlər, vətəndaşlarla görüşlər, müvafiq dövlət və hökumət qurumları ilə əməkdaşlığın optimalladırılması, mövcud problemlər və perspektivlərlə bağlı mülahizələrini bölüşmüşlər.

Qərara alınmışdır ki, ayın sonunadək uyğun iş planları hazırlansın və artıq növbəti aydan razılaşdırılmış istiqamətlər üzrə intensive fəaliyyətə başlansın.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin