logo
Anar Nağıyev Prezident İlham Əliyevdən təşəkkür alan BSU-nun 24 tələbəsi ilə görüş keçirib

Anar Nağıyev Prezident İlham Əliyevdən təşəkkür alan BSU-nun 24 tələbəsi ilə görüş keçirib

Anar Nağıyev Prezident İlham Əliyevdən təşəkkür alan BSU-nun 24 tələbəsi ilə görüş keçirib Anar Nağıyev Prezident İlham Əliyevdən təşəkkür alan BSU-nun 24 tələbəsi ilə görüş keçirib

BSU-da COP29 tədbirindəki fəaliyyətinə görə Prezident cənab İlham Əliyev tərəfindən təşəkkürnamə almış BSU-nun 24 tələbəsi ilə görüş keçirilmişdir

Yanvarın 17-də Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev COP29 Beynəlxalq İqlim Konfransında könüllü olaraq iştirak edən BSU-nun 24 tələbəsi ilə görüş keçirib.

Azərbaycan Respublikasında könüllülük hərəkatının Prezident İlham Əliyevin rəhbərliyi altında geniş vüsət aldığını vurğulayan rektor BSU tələbələrinin də bu hərəkatda yüksək fəallığını qeyd etmişdir. Gənclərin könüllülük istiqamətində göstərdiyi təşəbbüsləri və fəallığı yüksək qiymətləndirdiyini qeyd edib.

COP29 Beynəlxalq İqlim Konfransının Azərbaycanda uğurla təşkil edilməsini vurğulayan rektor, BSU tələbələrinin bu mötəbər tədbirdə könüllü kimi iştirak etməsini, onların beynəlxalq tədbir çərçivəsində göstərdikləri məsuliyyətli və fəal iştirakını təqdir edərək, tələbələrə təşəkkür edib və gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Sonda tələbələr təəssüratlarını bölüşərək, bu tədbirdə iştirak etmələrinin onların şəxsi və peşəkar inkişafı baxımından mühüm bir təcrübə olduğunu qeyd ediblər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media