logo
BSU-da “Müstəqilliyin bərpasına aparan yol” mövzusunda dəyirmi masa keçirilib

BSU-da “Müstəqilliyin bərpasına aparan yol” mövzusunda dəyirmi masa keçirilib

BSU-da “Müstəqilliyin bərpasına aparan yol” mövzusunda dəyirmi masa keçirilib BSU-da “Müstəqilliyin bərpasına aparan yol” mövzusunda dəyirmi masa keçirilib

Yanvarın 17-də Bakı Slavyan Universitetində (BSU) 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş “Müstəqilliyin bərpasına aparan yol” adlı dəyirmi masa təşkil olunub.

Tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, sonra 20 Yanvar faciəsinə həsr olunan qısa videoçarx nümayiş etdirilib.

Azərbaycan tarixi və ictimai elmlər kafedrasının müdiri Əsgər Əhmədin moderatorluğu ilə keçirilən tədbirdə BSU-nun rektoru Anar Nağıyev 20 Yanvar hadisəsini insanlıq əleyhinə törədilmiş cinayət olduğunu vurğulayaraq, bu hadisənin Azərbaycanın müstəqillik mübarizəsinin dönüş nöqtəsi olmaqla yanaşı, xalqımızın milli kimliyinin formalaşmasında mühüm rol oynadığını qeyd edib. A.Nağıyev ulu öndər Heydər Əliyevin faciənin baş verdiyi ilk günlərdə Moskvada Azərbaycanın daimi nümayəndəliyində Sovet İttifaqı rəhbərliyinin törətdiyi qanlı cinayətə qətiyyətlə etiraz etməsini və bu etirazın faciənin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadığını diqqətə çatdırıb.

17 yanvar 2025-ci il tarixinin xüsusi bir tarix olduğunu vurğulayan rektor xalq arasında "İkinci Dönümlü Məhkəmə Mühakiməsi"nin dövlətin ərazi bütövlüyünə və suverenliyinə qarşı uzun illər ərzində təhdid yaradan şəxslərin iştirakı ilə geniş ictimai maraq doğuran məhkəmə prosesinin başladığını və keçirildiyini bildirib.

Həmçinin çıxışında A.Nağıyev 16 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış layihəsi çərçivəsində növbəti qrup ailələrin Cəbrayıl rayonuna köçürülməsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına böyük qayıdış, tarixi ədalətin bərpasını və Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunmasını təcəssüm etdirdiyini qeyd edib. Rektor 35 il əvvəl işğala, qırğınlara və dağıntılara məruz qalan Azərbaycanın bu gün azad edilmiş torpaqlarında genişmiqyaslı bərpa və quruculuq işləri ilə məşğul olan qüdrətli dövlətə çevrildiyini vurğulayıb.

Çıxışının sonunda rektor bu prosesin ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə canlarını fəda etmiş şəhidlərimizin müqəddəs xatirəsinə ehtiramın təzahürü olduğunu qeyd edərək, istər 20 Yanvar faciəsi, istərsə də Qarabağ və Vətən müharibələrində göstərilən qəhrəmanlıq Azərbaycan xalqının iradəsini və əzmini tarixə həkk olduğunu və şəhidlərimizin əziz xatirəsi daim hörmətlə yad olunaraq, gələcək nəsillər üçün vətənpərvərlik nümunəsi olacağını qeyd edib.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nigar Məmmədova, Milli Məclisin deputatı, BSU-nun jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə, fəlsəfə elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Könül Bünyadzadə çıxışlarında 20 Yanvar faciəsinin tarixi-siyasi əhəmiyyətini vurğulayıb, şəhidlərin xatirəsinin əbədi olaraq uca tutulacağını bildiriblər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media