logo
"Şahdağ" Turizm Mərkəzində Xizək Alpinizmi üzrə Dünya Kuboku start götürüb

"Şahdağ" Turizm Mərkəzində Xizək Alpinizmi üzrə Dünya Kuboku start götürüb

"Şahdağ" Turizm Mərkəzində Xizək Alpinizmi üzrə Dünya Kuboku start götürüb "Şahdağ" Turizm Mərkəzində Xizək Alpinizmi üzrə Dünya Kuboku start götürüb

Yanvarın 10-da "Şahdağ" Turizm Mərkəzində Xizək Alpinizmi üzrə Dünya Kuboku yarışlarına start verilib. Yarış Beynəlxalq Xizək Alpinizmi Federasiyası, Azərbaycan Qış İdman Növləri Federasiyası və “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı ilə keçirilir və 10-13 yanvar tarixlərini əhatə edir.

Bu gün idmançılar sprint yarışı üzrə mübarizə aparacaqlar. Yanvarın 11-də vertikal, yanvarın 13-də isə fərdi yarış növləri üzrə idmançılar qüvvələrini sınayacaqlar.

Turnirdə 26 ölkədən, o cümlədən Azərbaycan, Türkiyə, Kanada, Çin Xalq Respublikası, Avstriya, Andorra, İspaniya, Almaniya, Fransa, İran, Qazaxıstan və digər dövlətlərdən 130-a yaxın idmançı iştirak edir. Yarış iştirakçıları arasında Fərdi Neytral İdmançılar (AİN) da yer alıb.

Qeyd edək ki, Dünya Kuboku 2026-cı ildə keçiriləcək Qış Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün kvalifikasiya yarışlarından biri hesab olunur.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media