https://innews.media/uploads/news/2025-01/_innews_3e341256a5928206c628ce3ca_o.jpg
2025-ci il Azərbaycan yelkənçiləri üçün sürətli başlayıb! Yeni ilin ilk günlərində komandamız IV Mandarin Cup yarışlarında iştirak etmək üçün Türkiyənin Bodrum şəhərinə yola düşür.
3-7 yanvar 2025-ci il tarixlərində keçiriləcək bu mötəbər yarışda Azərbaycan Yelkən Federasiyasının istedadlı idmançıları ölkəmizi qürurla təmsil edəcək. Yarışda komandamız öz bacarıqlarını göstərərək Azərbaycanın adını yüksəltməyi hədəfləyir.
Komandamızın heyəti:
İdmançılar:
- Nərgiz Məmmədova
- Kamilla Həsənova
- Kamal Başirli
- Davud Babazadə
- Yağmur Həsənli
- Furkan Mustafayev
- Emel Məmmədli
Baş məşqçi: Panagiotis Papadakis
Komanda rəhbəri: Burcu Algon Giorgianni
Azərbaycan yelkənçilərinə bu çətin və həyəcanlı yarışda uğurlar arzulayırıq! Qoy külək daim onların yelkənlərindən yana olsun!
Ən son xəbərləri səhifəmizdən də izləyin