logo
"YAŞAT" Fondu tərəfindən daha 3 qazimiz müalicə məqsədi ilə Türkiyəyə göndərilib

"YAŞAT" Fondu tərəfindən daha 3 qazimiz müalicə məqsədi ilə Türkiyəyə göndərilib

"YAŞAT" Fondu tərəfindən daha 3 qazimiz müalicə məqsədi ilə Türkiyəyə göndərilib "YAŞAT" Fondu tərəfindən daha 3 qazimiz müalicə məqsədi ilə Türkiyəyə göndərilib

Ağır yaralanan üç qazi – Musayev Vadim Fikrətoviç, Salayev Namiq Həsən oğlu, İsmayılov İsrail Asif oğlu  müalicə məqsədilə “YAŞAT” Fondu tərəfindən  Türkiyəyə göndərilib. Onlardan ikisi - Musayev Vadim Fikrətoviç və Salayev Namiq Həsən oğlunun müalicəsi davam etdiyindən təkrarən yola salınıblar.

Qeyd edək ki, “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, bu günə qədər 175 qazi müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 154-nün müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

“YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir. Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media