logo
Fleyta çalmaq: İlham verən və inkişaf etdirən bir sənət

Fleyta çalmaq: İlham verən və inkişaf etdirən bir sənət

Fleyta çalmaq: İlham verən və inkişaf etdirən bir sənət Fleyta çalmaq: İlham verən və inkişaf etdirən bir sənət

Fleyta çalmaq alətdən səs çıxarmaqdan daha çox şeydir. Bu, fiziki, emosional, psixoloji və intellektual aspektləri əhatə edən, şəxsiyyətin inkişafına və daxili potensialın üzə çıxarılmasına kömək edən unikal bir prosesdir. Bu sənətin nədən ibarət olduğunu anlayaq.

Azərbaycanın gənc istedadlı musiqiçi Nəzərova Rəhilə - Rauf Hacıyev adına 15 nömrəli musiqi məktəbini fleyta ifaçılığı üzrə bitirib. 2019-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və incəsənət universitetinin musiqi sənəti fakültəsini bitirib, magistraturaya daxil olmuşam. Hazırda Admiu-nun magistr üzrə 2-ci kurs tələbəsidir. Eyni zamanda 2023-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrnda, 2024-cü ildən isə Niyazi adına Dövlət Simfonik orkestrnda çalışıram. 2022-2023 ildə isə Azərbaycan Dövlət Nəfəs Alətləri orkestrnda çalışıb. Bu illər ərzində bir sıra respublika və beynəlxalq səviyyəli festival və müsabiqələrdə çıxış edərək nailiyyətlər əldə edib. 

2016-cı ildə Dövlət müstəqilliyinin bərpasının ildönümünə həsr olunmuş respublika musiqi müsabiqəsində 3-cü dərəcəli laureat, 2018-ci ildə Qara Qarayevin 100 illiyinə həsr olunmuş respublika müsabiqəsində 3-cü dərəcəli lauerat, 2019-cu ildə Heydər Əliyevin xatirəsinə 2-ci Elmi-ifaçılıq konfransında 2-ci yer, 2019-cu ildə “Legends of autumn” beynəlxalq incəsənət müsabiqəsində 1-ci dərəcəli laureat, 2022-ci ildə ADMİU 99+ çərçivəsində “Sürət və cürət” etüd müsabiqəsində 1-ci yer, ADMİU və ADPU-nin birgə təşkilatçılığı ilə keçirilən Heydər Əıiyevin anadan olmasının 100 illiyinə həsr olunmuş musiqi müsabiqəsində Gran-Pri, 2024-cü ildə “Флейта-пикколо” 2-ci beynəlxalq musiqi festivalında 3-cü dərəcəli laureat adına layiq görülüb. Eyni zamanda Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsi ilə bir çox konsertlərdə çıxış edib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media