logo
Milli Məclisin deputatı Forumda iştirak edib

Milli Məclisin deputatı Forumda iştirak edib

Milli Məclisin deputatı Forumda iştirak edib Milli Məclisin deputatı Forumda iştirak edib

Dekabrın 17-də Milli Məclisin deputatı Nizami Səfərov “Neokolonializmin müasir təzahürləri ilə mübarizə tərəfdarları” Forumunun Daimi Komitəsinin üzvü qismində qurumun nəzdində yaradılmış “Millətlərin azadlığı uğrunda” hərəkatın Ekspertlər Şurasının ilk iclasında onlayn formatda iştirak edib.  

İclasda geniş beynəlmiləl tərkibdə dekolonizasiya prosesinin müxtəlif aspektləri, suveren dövlətlərə qarşı yeni neokolonial təzyiq vasitələrinin və hibrid təhdidlərin qarşısının alınması, neokolonializmlə mübarizədə beynəlxalq hüququn preventiv potensialından istifadə edilməsi, kolonial əsarətdən əziyyət çəkən və öz müqəddəratını hələ də təyin edə bilməyən ərazilərin suveren dövlət statusu əldə etməsi məsələləri müzakirə olunub.   

Deputat Nizami Səfərov çıxışında dekolonizasiya prosesinin hüquqi aspektləri, kolonial dövrü yaşamış xalqlara reparasiyaların verilməsi, tarixi hadisələrin saxtalaşdırılmasına qarşı mübarizənin gücləndirilməsi, Azərbaycanın kolonial asılılıqda olan xalqlara ciddi dəstəyi barədə məlumat verib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin