logo
Masallıda “Dini radikalizm milli-dini həmrəyliyə təhdid kimi” mövzusunda konfrans keçiriləcək

Masallıda “Dini radikalizm milli-dini həmrəyliyə təhdid kimi” mövzusunda konfrans keçiriləcək

Masallıda “Dini radikalizm milli-dini həmrəyliyə təhdid kimi” mövzusunda konfrans keçiriləcək Masallıda “Dini radikalizm milli-dini həmrəyliyə təhdid kimi” mövzusunda konfrans keçiriləcək

Dekabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Masallı şəhərində “Dini radikalizm milli-dini həmrəyliyə təhdid kimi” mövzusunda regional konfrans keçiriləcək.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Masallı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, hüquq mühafizə orqanlarının əməkdaşları, ilahiyyatçılar, həmçinin din xadimləri, dini icma sədrləri iştirak edəcəklər.

Konfransda dövlət-din münasibətlərinin tənzimlənməsi, vətəndaşların dini etiqad azadlığının təmin olunması, dini fanatizm, radikalizm və ekstremizmə qarşı ideoloji müstəvidə effektiv mübarizənin aparılması, zərərli dini ideologiyaların ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində müzakirələr aparılacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media