logo
Milli Məclisin deputatı İspaniyaya səfər edəcək

Milli Məclisin deputatı İspaniyaya səfər edəcək

Milli Məclisin deputatı İspaniyaya səfər edəcək Milli Məclisin deputatı İspaniyaya səfər edəcək

Milli Məclisin deputatı, İspaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sevil Mikayılova dekabrın 10-da İspaniyanın Madrid şəhərinə səfər edəcək.

Deputatımız burada Ümumdünya İnsan Hüquqları Günü münasibətilə keçiriləcək və müharibələrin, silahlı münaqişələrin işıqlandırılması üzrə ixtisaslaşmış nüfuzlu ispan fotoqraf Qervasio Sançezin ölkəmizə səfəri zamanı çəkdiyi fotoşəkillərdən və mina qurbanlarının fərdi həyat hekayələrindən ibarət “Səssiz əks-səda: Mina qurbanlarının danışılmamış hekayələri” adlı fotojurnalın təqdimat mərasimində iştirak edəcək.

Səfər çərçivəsində deputat Sevil Mikayılovanın İspaniya Parlamentində bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulur.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media