logo
Lerik rayonunun Günəşli kəndində baş verən qəzada  xəsarət alanların vəziyyəti barədə

Lerik rayonunun Günəşli kəndində baş verən qəzada xəsarət alanların vəziyyəti barədə

Lerik rayonunun Günəşli kəndində baş verən qəzada xəsarət alanların vəziyyəti barədə Lerik rayonunun Günəşli kəndində baş verən qəzada xəsarət alanların vəziyyəti barədə

Lerik rayonunun Günəşli kəndində baş verən qəza ilə bağlı xəsarət alanların müalicəsi TƏBİB-in tabeliyindəki Lənkəran Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

Lerik Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 3 nəfər də Lənkəran Rayon Mərkəzi Xəstəxanasına təxliyyə edilib. Beləliklə, xəstəxanada müalicə alanların sayı 8-ə (7-si qadın, 1-i kişi) çatıb.

Hazırda 8 nəfərin müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır. Onlardan 7 nəfərin (hər biri qadın olmaqla) vəziyyəti ağır, 1 nəfərin (kişi olmaqla) vəziyyəti isə orta ağır qiymətləndirilir.

Xəstəxanaya yerləşdirilən şəxslərin diaqnozları əsasən üz, baş və bədən nahiyələrində olan yaralar, sümük sınıqları, travmatik şok, qapalı kəllə-beyin travması, döş qəfəsinin travması, beyin silkələnməsi, çox saylı qabırğa sınıqları ilə bağlı olub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin