logo
Tacikistan Ali Məclisi Nümayəndələr Palatasının sədri ölkəmizə səfərə gəlib

Tacikistan Ali Məclisi Nümayəndələr Palatasının sədri ölkəmizə səfərə gəlib

Tacikistan Ali Məclisi Nümayəndələr Palatasının sədri ölkəmizə səfərə gəlib Tacikistan Ali Məclisi Nümayəndələr Palatasının sədri ölkəmizə səfərə gəlib

Tacikistan Ali Məclisi Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə keçiriləcək Parlament Görüşündə iştirak etmək üçün ölkəmizə səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Milli Məclisin Tacikistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə   və digər rəsmi şəxslər qarşılayıblar.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin