https://innews.media/uploads/news/2024-11/_innews_4be6745aa50fcbf77e1e4fc34_o.jpg
2026-cı ildə keçiriləcək “Formula 1” üzrə dünya çempionatında debüt edəcək komandanın adı rəsmən açıqlanıb.
innews.media-nın Formula 1-in rəsmi saytına istinadən verdiyi məlumata görə, “Cadillac F-1” yarışlarda 11-ci komanda kimi iştirak edəcək. Bu məqsədlə ABŞ-ın “General Motors” şirkəti ilə prinsipial razılıq əldə olunub.
Yeni komandanın “Ferrari”nin mühərriklərindən istifadə edəcəyi gözlənilir. Bu qərar “Cadillac F-1” üçün güclü texnoloji dəstək təmin edəcək.
2026-cı il mövsümü, yeni komandaların iştirakını nəzərdə tutan dəyişikliklərlə, “Formula 1” üçün maraqlı yeniliklər vəd edir.
Ən son xəbərləri səhifəmizdən də izləyin