“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen ardıcıl dördüncü dəfə "Formula 1" üzrə dünya çempionatının qalibi adına layiq görülüb.
innews.media xəbər verir ki, Ferstappen bu nailiyyətə Las Veqas Qran-prisini beşinci sırada başa vuraraq imza atıb.
ABŞ-da keçirilən yarışda "Mercedes" sürücüsü Corc Rassel qalib gəlib. Onun komanda yoldaşı Lyuis Hemilton ikinci, "Ferrari" pilotu Karlos Sayns isə üçüncü yeri tutub.
Qeyd edək ki, mövsümün başa çatmasına hələ iki Qran-pri qalıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin