https://innews.media/uploads/news/2024-11/_innews_425c0f792b433f0ee4dab890d_o.jpg
"Formula 1" üzrə dünya çempionatında iştirak edən komandaların sayı 2026-cı ildən etibarən artacaq.
innews.media-nın məlumatına görə, bu barədə "Racingnews365" nəşri xəbər yayıb. Rəsmi açıqlamanın Qətər Qran-prisindən (29 noyabr - 1 dekabr) sonra verilməsi gözlənilir.
Qeyd edək ki, daha əvvəl "Andretti" komandası "Formula 1"də iştirak üçün ərizə təqdim edib. Hazırda çempionatda 10 komanda mübarizə aparır.