logo
Lando Norris Braziliyada "Formula 1" sprint yarışını qazandı

Lando Norris Braziliyada "Formula 1" sprint yarışını qazandı

Lando Norris Braziliyada "Formula 1" sprint yarışını qazandı Lando Norris Braziliyada "Formula 1" sprint yarışını qazandı

“McLaren” komandasının britaniyalı pilotu Lando Norris “Formula 1” üzrə Braziliya Qran-prisinin sprint yarışında qalib gəlib.

innews.media xəbər verir ki, yarışlar San-Paulu şəhərində keçirilir.

Dünya çempionatının 19-cu mərhələsində ikinci yeri digər "McLaren" pilotu, avstraliyalı Oskar Piastri tutub. İlk "üçlüy"ü isə "Red Bull" komandasında çıxış edən niderlandlı Maks Ferstappen tamamlayıb.

Sprint yarışının qalibi dünya çempionatının ümumi hesabında səkkiz xal qazanır.

Bu gün təsnifat mərhələsi, sabah isə əsas yarış keçiriləcək.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media