logo
Qaz təsərrüfatı sahəsində alovlanan 42 il

Qaz təsərrüfatı sahəsində alovlanan 42 il

Qaz təsərrüfatı sahəsində alovlanan 42 il Qaz təsərrüfatı sahəsində alovlanan 42 il

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev qurumun Risklərin idarə olunması şöbəsinin böyük mühəndisi Sərdar Abbasovu qəbul edib. 65 illik ömrünün böyük hissəsini qaz təsərrüfatı sahəsinə həsr edən mühəndislə görüş zamanı görülən işlərdən, əldə olunan uğurlardan danışılıb. SOCAR “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev Sərdar Abbasovun 42 illik fəaliyyətini yüksək qiymətləndirərək ünvanına xoş sözlər səsləndirib.O, qeyd edib ki, təqaüdə çıxmasına baxmayaraq Sərdar Abbasovun təcrübəsindən bu gün gənc mütəxəssislər öyrənib yararlanmağa çalışmalıdırlar. Baş direktor gələcəkdə Sərdar Abbasova irəli sürəcəyi layihələrdə dəstək olacaqlarını da vurğulayıb. Sonda Ruslan Əliyev SOCAR “Azəriqaz” İstehsalat Birliyində faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə Sərdar Abbasovu Fəxri Fərman və hədiyyə ilə təltif edib.

Qeyd edək ki, 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Tərəqqi" medalı ilə təltif edilən Sərdar Abbasov son olaraq SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Risklərin idarə olunması şöbəsində böyük mühəndis vəzifəsində çalışıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media