https://innews.media/uploads/news/2024-11/_innews_abcbcb381eec7358f6c0b700c_o.jpg
Oktyabrın 28-29-da Türkiyənin İstanbul şəhərində qolf üzrə "Zəfər" beynəlxalq turniri təşkil olunub. Ordumuzun Qarabağ Zəfərinə həsr edilmiş və ötən il Bakıda keçirilmiş yarış bu il İstanbulda baş tutub. 2 gün davam edən turnirdə Azərbaycan və Türkiyədən ümumilikdə 56 qolfçu mübarizə aparıb.
Turnirin bütün kateqoriyalar üzrə qalibi Rəcəb Turan (Türkiyə) olub. A kateqoriyasında Türkiyə qolfçuları fərqləniblər: Çingiz Şahin, Kamal Vəli və Rəcəb Turan müvafiq olaraq ilk 3 yeri tutublar. B kateqoriyasında Süleyman Abay (Türkiyə) fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Regina Bədəlbəyeva (Azərbaycan) yarışı ikinci, Xeyrəddin Cabbarov (Azərbaycan) isə üçüncü pillədə başa vurublar.
Ən son xəbərləri səhifəmizdən də izləyin