logo
"İdeyanı Reallaşdır" Qrant Müsabiqəsinin qalib layihələrindən olan "GəncliyimİZ Teatrda" Proqramı uğurla həyata keçirilib

"İdeyanı Reallaşdır" Qrant Müsabiqəsinin qalib layihələrindən olan "GəncliyimİZ Teatrda" Proqramı uğurla həyata keçirilib

"İdeyanı Reallaşdır" Qrant Müsabiqəsinin qalib layihələrindən olan "GəncliyimİZ Teatrda" Proqramı uğurla həyata keçirilib "İdeyanı Reallaşdır" Qrant Müsabiqəsinin qalib layihələrindən olan "GəncliyimİZ Teatrda" Proqramı uğurla həyata keçirilib

4 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə "İdeyanı Reallaşdır" Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsinin qalibi Orxan Hacıyev tərəfindən "GəncliyimİZ Teatrda" Proqramı uğurla həyata keçirilib. Layihə, müxtəlif təhsil və fəaliyyət sahələrində olan, lakin ortaq teatr sevgisini paylaşan gəncləri bir araya gətirərək onlara teatr sahəsi üzrə təlimlərdə iştirak etmək və səhnə təcrübəsi yaşamağa fürsət yaradıb.

Proqramın əsas məqsədi, gəncləri peşəkar rejissor və aktyorlar tərəfindən keçirilən təlimlərə cəlb edərək onların teatrla bağlı bilik və bacarıqlarını artırmaq, eyni zamanda gənclərə səhnə təcrübəsi yaşamağa imkan yaratmaq olub. Bu çərçivədə keçirilmiş seçim prosesinə ümumilikdə 250-dən çox müraciət daxil olmuş, onlardan 20 nəfər kastinq əsasında seçilərək layihədə iştirak imkanı əldə etmişdir.

Layihə çərçivəsində gənclərə aktyorluq sənəti üzrə silsilə təlimlər keçirilmiş və gənclərin aktiv iştirakı ilə Orxan Hacıyevin "Yalanın 40-cı günü" və Anton Çexovun "Bir evlənmə təklifi" əsərləri səhnələşdirilmişdir.

"Bu layihə, gənclərin yaradıcılıq potensialını inkişaf etdirməklə yanaşı, onları teatr sənətinə daha da yaxınlaşdırmaq məqsədi daşıyır. Layihəyə böyük maraq göstərən gənclər öz həvəs və əzmləri ilə çoxşaxəli uğurlara imza atdılar," deyə Orxan Hacıyev qeyd edib.

Layihə haqqında: "GəncliyimİZ Teatrda" Proqramı, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilmiş və teatr sənətinə marağı olan gənclər üçün yeni imkanlar açmışdır. Layihə çərçivəsində iştirakçılar, peşəkar teatr mühitində özlərini sınayaraq bu sahəyə aid əsas məlumatları nəzəri və praktiki şəkildə mənimsəmişdirlər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media