https://innews.media/uploads/news/2024-10/_innews_509c7f3c9c948b5b84a8014fd_o.jpg
Oktyabrın 22-də gecə saatlarında aramsız yağıntının yarada biləcəyi fəsadların aradan qaldırılması məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC-nin aidiyyəti struktur bölmələri gücləndirilmiş iş rejimində çalışır.
Əlverişsiz hava şəraitinə baxmayaraq, həm Abşeron dairəvi dəmir yolu marşrutu, həm də ölkədaxili istiqamətlərdə hərəkət edən sərnişin qatarlarının hərəkətində gecikmə qeydə alınmayıb.