logo
Türkiyə və Azərbaycan jurnalistləri arasında qardaşlıq matçı baş tutacaq

Türkiyə və Azərbaycan jurnalistləri arasında qardaşlıq matçı baş tutacaq

Türkiyə və Azərbaycan jurnalistləri arasında qardaşlıq matçı baş tutacaq Türkiyə və Azərbaycan jurnalistləri arasında qardaşlıq matçı baş tutacaq

Azərbaycanın və Türkiyənin tanınmış jurnalistləri arasında 8 noyabr Zəfər Günü münasibətilə futbol üzrə “Qardaşlıq matçı” adlanan yoldaşlıq görüşü keçiriləcək.

Bu barədə tədbirin təşkilatçılarından olan Öndər.Tv-nin baş redaktoru Ramil Əliyev məlumat verib. R.Əliyev bildirib ki, qarşılaşma Azərbaycanın Zəfər Günü və Azərbaycan –Türkiyə qardaşlığının daha da möhkəmlənməsinə həsr olunur: “Türkiyənin tanınmış jurnalistləri Azərbaycana 3 günlük səfər gələcəklər.

Səfər çərçivəsində bu qarşılaşma baş tutacaq. Yarış oktyabrın 5-də Binəqədi rayonu, 7-ci mikrorayon, Süleyman Sani Axundov küçəsi 27 B ünvanında, “Azfar Group”un stadionunda keçiriləcək. Hər kəs oyunu izləməyə dəvətlidir”.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media