Gömrük qaydalarını pozduğuna görə, “İrşad Electronics” MMC-yə inzibati protokollar tərtib edilib.
“BusinessTime” xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin (İXM) 493-cü maddəsi üzrə təqsirkar bilinir.
Qeyd edilən maddə üzrə Nəsimi rayon Məhkəməsində ümumilikdə 15 məhkəmə işinə baxılacaq ki, hakimlər Babək Pənahov, Anar İbadzadə və Elməddin Hüseynovun hər biri 5 iclasa sədrlik edəcək.
İXM-ın həmin maddəsində deyilir ki, gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
Ən son xəbərləri səhifəmizdən də izləyin