https://innews.media/uploads/news/2024-08/_innews_7b9b577d0c218f5698566db0c_o.jpg
Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ə hazırlıq çərçivəsində, 29 avqust saat 23:59-dan etibarən İstiqlaliyyət küçəsinin Məmməd Əfəndiyev, Murtuza Muxtarov, Adil Babayev və Zərgərpalan küçələri ilə kəsişmələrində nəqliyyatın hərəkəti məhdudlaşacaq.
Məhdudiyyətlər yarışların sona çatmasına qədər qüvvədə olacaq.
Qeyd edək ki, Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 13-15 sentyabr tarixlərində keçiriləcək. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti sürücülərə göstərdikləri anlayış üçün təşəkkür edir.