https://innews.media/uploads/news/2024-08/_innews_b5e5c42f12b13cb549cf1c7cc_o.jpg
Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ə hazırlıq çərçivəsində paytaxtın bəzi küçə və prospektlərində quraşdırma işləri davam edir.
Belə ki, 27 avqust 23:59-dan 28 avqust 05:45-ə qədər yerüstü piyada keçidinin quraşdırılması ilə bağlı Azneft dairəsindən Dəniz Vağzalı istiqamətində Neftçilər prospekti nəqliyyata məhdudlaşacaq.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 2024-cü il, 13-15 sentyabr tarixlərində keçiriləcək. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti sürücülərə göstərdikləri anlayış üçün təşəkkür edir.