https://innews.media/uploads/news/2024-08/_innews_c95f72679b0b3150376511df4_o.jpg
"McLaren" komandasının britaniyalı pilotu Lando Norris "Formula 1" çempionatının 15-ci mərhələsinin - Niderland Qran-prisinin təsnifat mərhələsinin qalibi olub.
innews.media TASS-a istinadən xəbər verir ki, ikinci yeri "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen tutub.
Norrisin komanda yoldaşı, avstraliyalı Oskar Piastri üçüncü olub.
Əsas yarış avqustun 25-də baş tutacaq və Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.