logo
Azərbaycan millisinin üç üzvü əməliyyat olunub

Azərbaycan millisinin üç üzvü əməliyyat olunub

Azərbaycan millisinin üç üzvü əməliyyat olunub Azərbaycan millisinin üç üzvü əməliyyat olunub

Azərbaycan cüdo milli komandasının üzvləri Gültac Məmmədəliyeva, Elcan Hacıyev və Yaşar Nəcəfov ölkə xaricindən dəvət edilmiş yüksək səviyyəli ixtisaslaşmış cərrah tərəfindən əməliyyat olunublar.

Azərbaycan Cüdo Federasiyasından innews.media verilən məlumata görə, Gültac Məmmədəliyevada sol çiynindəki zədə səbəbindən Latarjet əməliyyatı, Yaşar Nəcəfovda labrum yırtığı üçün ankorla artroskopik SLAP lezionunun refiksasiyası və Elcan Hacıyev də Akromioklavikulyar oynağın minimal invaziv refiksasiyası və Endobutton ilə ön çarpaz bağ rekonstruksiyası əməliyyatları uğurla həyata keçirilib.

Gültac Məmmədəliyevanın 16-20 həftə (təxminən 4-5 ay), Yaşar Nəcəfovun 12 həftə (təxminən 3 ay) və Elcan Hacıyevin 20-24 həftə (təxminən 5-6 ay) sonra məşqlərə qayıtması gözlənilir.

İdmançılarımıza bütün cüdo ailəsi adından şəfa arzulayırıq!

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media