https://innews.media/uploads/news/2024-08/_innews_9e21f718015653759b96c51ed_o.jpg
Bakı şəhərində Formula 1 Azərbaycan Qran Prisi 2024-ə hazırlıq çərçivəsində yollarda quraşdırma işləri sürətlə davam edir. Bu gün körpü quraşdırma işləri səbəbi ilə 22 avqust saat 23:59-dan 23 avqust saat 05:45-ə qədər Neftçilər prospekti bağlanacaq.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 2024-cü il, 13-15 sentyabr tarixlərində keçiriləcək. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti sürücülərə göstərdikləri anlayış üçün təşəkkür edir.