https://innews.media/uploads/news/2024-08/_innews_1936cc0894e38f82dc96ab453_o.jpg
Peşə təhsili müəssisələrinə maraq rekord səviyyəyə çatıb. Son bir həftə ərzində 16458 nəfərdən 52540 müraciət daxil olub. Qeyd edək ki, peşə təhsili almaq istəyən şəxslər 29 iyul – 12 avqust tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər. 2024/2025-cü tədris ili üzrə tələbə qəbulu 84 peşə təhsili müəssisəsində 136 ixtisas olmaqla 30 960 plan yeri üzrə aparılır. Bu yerlərdən 23 185 dövlət sifarişli, 7775-i isə ödənişlidir. Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün açıqdır. Son müraciət tarixi 12 avqust 18:00-dır.
Ən son xəbərləri səhifəmizdən də izləyin