https://innews.media/uploads/news/2024-08/_innews_ade21938f43c536168d5b70f3_o.jpg
Gömrük qanunvericiliyinin tələblərinin pozulması ilə ölkə ərazisinə gətirilən və üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan yararsız siqaretlər məhv edilib.
innews.media bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Gömrük orqanları tərəfindən saxlanılmış, üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan 34554 qutu (691080 ədəd) xarici markalı siqaretlər istifadəyə yararsız olduğu üçün Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşlarından ibarət komissiyanın iştirakı ilə yandırılaraq məhv edilib.
Ən son xəbərləri səhifəmizdən də izləyin