logo
BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə xərcləri artıb

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə xərcləri artıb

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə xərcləri artıb BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə xərcləri artıb

Bu ilin birinci yarımilində BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə yerli şirkətlərlə birbaşa və regionda fəaliyyət göstərən xarici podratçılarla imzaladığı müqavilələr üzrə yerli işçi qüvvəsinə (xidmətlərə) və materiallara çəkilmiş bilavasitə (subpodratçı) xərcləri 758,7 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 5,6 faiz artım deməkdir.

innews.media BP-nin cari ilin birinci yarımilinin yekun hesabatına istinadən xəbər verir ki, hesabat dövründə BP yerli tərəfdaşı olan birgə müəssisələr (14 müəssisə üzrə) çərçivəsində 332,5 milyon dollar xərcləyib.

Hesabata görə, şirkət hesabat dövründə xarici podratçıların ölkə daxilində məsrəflərinə (77 şirkət üzrə) 183,6 milyon dollar xərcləyib.

Bundan başqa, hesabat dövründə BP-nin 224 kiçik və orta müəssisə üzrə xərcləri 220,8 milyon dollar, 22 dövlət şirkəti üzrə xərcləri isə 21,8 milyon dollar təşkil edib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media