logo
Yanğın səbəbindən 9 kəndin qaz təchizatı dayandırıldı

Yanğın səbəbindən 9 kəndin qaz təchizatı dayandırıldı

Yanğın səbəbindən 9 kəndin qaz təchizatı dayandırıldı Yanğın səbəbindən 9 kəndin qaz təchizatı dayandırıldı

Şabran rayonunda baş verən yanğına görə 9 kəndin qaz təchizatı dayandırılıb.

“Azəriqaz” İstehsalat Birliyindən innews.media verilən məlumata görə, bu gün Şabran rayonunda yanğın səbəbindən fövqəladə vəziyyət elan olunub.

Yanğın təhlükəsizliyi baxımından Xaçmaz Regional Qaz İstismarı İdarəsinin Şabran xidmət sahəsi ərazisində "Taxtalar" QPS-dən qidalanan Zeyvə, Kirvar kəndləri istiqamətində çəkilmiş 9 kəndi qidalandıran daşıyıcı qaz xəttində müvəqqəti olaraq qaz təchizatı dayandırılıb. Bu səbəbdən Dağ Bilici, Mumlu, Zöhramlı, Pirəbədil, Sumağa, Qazmalar, Qorağan, Zeyvə və Kirvar kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin