logo
“Paris-2024”: Azərbaycanın daha bir idmançısına lisenziya verilib

“Paris-2024”: Azərbaycanın daha bir idmançısına lisenziya verilib

“Paris-2024”: Azərbaycanın daha bir idmançısına lisenziya verilib “Paris-2024”: Azərbaycanın daha bir idmançısına lisenziya verilib

Azərbaycan “Paris-2024” Yay Paralimpiya Oyunlarına növbəti lisenziyanı qazanıb.

Milli Paralimpiya Komitəsindən (MPK) verilən məlumata görə, paraatıcılıq üzrə yığmanın üzvü Aybəniz Babayeva nüfuzlu yarışda iştirak edəcək.

MPK tərəfindən göndərilən sorğu əsasında idmançıya Beynəlxalq Paralimpiya Komitəsindən Paralimpiadada iştirak hüququ (“bipartite”) verilib.

Qeyd edək ki, “Paris-2024” Yay Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək təşkil olunacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media