logo
Sumqayıtda sahibsiz itin öldürülməsi ilə bağlı insident araşdırıldı

Sumqayıtda sahibsiz itin öldürülməsi ilə bağlı insident araşdırıldı

Sumqayıtda sahibsiz itin öldürülməsi ilə bağlı insident araşdırıldı Sumqayıtda sahibsiz itin öldürülməsi ilə bağlı insident araşdırıldı

Sumqayıt  şəhərində sahibsiz itin ölldürülməsi barədə sosial şəbəkədə paylaşılan görüntülər Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşları tərəfindən araşdırılıb.

innews.media xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, iti öldürən şəxsin Sumqayıt şəhər sakini Yavər Hüseynov olduğu müəyyən edilib. Faktla bağlı Y.Hüseynov barəsində inzibati protokol tərtib olunub.

Xidmət rəsmisi Asif Məcidov bildirib ki, protokol Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin Sumqayıt regional ekologiya idarəsinə təqdim olunub və   qanun pozucusu Y.Hüseynov barəsində cərimə  qərarı çıxarılaraq o qanunamüvafiq qaydada  cərimə edilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin