logo
ATAA-nın İdarə Heyətinin 2022-ci ilin birinci yarım illiyinə həsr olunan toplantısı keçirilib

ATAA-nın İdarə Heyətinin 2022-ci ilin birinci yarım illiyinə həsr olunan toplantısı keçirilib

ATAA-nın İdarə Heyətinin 2022-ci ilin birinci yarım illiyinə həsr olunan toplantısı keçirilib ATAA-nın İdarə Heyətinin 2022-ci ilin birinci yarım illiyinə həsr olunan toplantısı keçirilib

Avqustun 12-də Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin toplantısı keçirilib.

İclasda ATAA-nın yeni strukturunun yaradılması, Assosiasiyanın postpandemiya dövründə fəaliyyət istiqamətinin qurulması, eləcə də qarşıdakı dövr üçün həyata keçiriləcək planları və strategiyası müzakirə olunub.

Toplantı çərçivəsində, eyni zamanda beynəlxalq tərəfdaşlarla qarşılıqlı turizm əlaqələrinin  genişləndirilməsi, xarici ölkələrin Azərbaycandakı səfirlikləri ilə işgüzar görüşlərin keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Assosiasiya ilə turizim şirkətləri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyinə toxunan ATAA-nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Assosiasiyanın əvvəlki dövrlərdə olduğu kimi gələcəkdə də turizm şirkətlərinin fəaliyyətinə, onların üzləşdiyi çətinliklərin həllinə və turizm bazarında sağlam rəqabətin formalaşmasına dəstək olacaqlarını deyib.

Postpandemiya dövründə əksər turizm şirkətlərinin fəaliyyətinin bərpa olunduğunu qeyd edən Göydəniz Qəhrəmanov ölkənin turizm sənayesi üçün yeni imkanların yarandığını  və Assosiasiyanın bu istiqamətdə turizm agentlikləri ilə birgə çalışaraq aktiv fəaliyyət göstərəcəklərini bildirib.

Toplantı çərçivəsində Assosiasiyaya yeni üzvlər qəbul edilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media