Daha 2 yeni şəhəri — Cəlilabad və Qazax Bolt gediş sifarişi xidmətinə qoşuldu. İndi Azərbaycanın daha çox sakini rahat və sərfəli gedişlər sifariş edə biləcək.
Azərbaycanda gediş sifarişi xidmətlərinə artan tələbatı nəzərə alaraq, Bolt-un Cəlilabad və Qazax şəhərlərində istifadəyə verilməsi daha çox müştəri üçün yeni nəqliyyat təcrübəsi təqdim etmək məqsədi daşıyır. Bolt mobil tətbiqi vasitəsilə gedişlərin sifariş edilməsinin rahatlığı artıq bu xidməti ölkənin müxtəlif yerlərində istifadəçilər arasında məşhurlaşdırıb.
Tətbiqdə artıq «Bolt», «Çatdırılma» və «Şəhərdən şəhərə» gediş kateqoriyaları mövcuddur. Gediş sifariş etmək üçün smartfonunuza Bolt tətbiqini endirməlisiniz. Sonra təyinat yerini təyin etməli və gediş kateqoriyasını seçməlisiniz. Sifariş ərazi baxımdan istifadəçiyə ən yaxın olan sürücü tərəfindən qəbul edilir. Sifariş təsdiq edildikdən sonra sərnişin sürücü (adı və əlaqə məlumatları) və avtomobil (rəngi, markası və nömrəsi), habelə avtomobilin təxmini gəliş vaxtı haqqında məlumat alır. Tətbiqdəki xəritədə sürücünün cari yerini izləyə bilərsiniz.
«Biz Bolt-un əhatə dairəsini fəal şəkildə genişləndiririk ki, mümkün qədər çox insan rahat və sərfəli nəqliyyat xidmətlərindən faydalana bilsin. Məqsədimiz etibarlı və komfortlu səyahət variantlarını hər kəs üçün əlçatan etməkdir və Cəlilabad və Qazaxda fəaliyyətə başlamağımız bu missiyanın təsdiqidir», — deyə Bolt Azərbaycanın əməliyyatlar üzrə meneceri İsa Rəhimli bildirib.
Şəhər sakinlərinin yeni xidmətlə tanış olması üçün ilk iki həftə ərzində Bolt bütün istifadəçilərə, sürücülərə və sərnişinlərə endirimlər və bonuslar təklif edir. Vətəndaşlar bütün gedişlərdə 50 %-dək endirimdən yararlana biləcək və onların minimum dəyəri 1.4 manatdan başlayacaq. Bundan əlavə, Bolt həmişə sürücü tərəfdaşlarını peşəkar yollarının başlanğıcında dəstəkləyir. Şirkət sürücülərə zəmanətli gündəlik 20 manat bonus təqdim edəcək.
Ən son xəbərləri səhifəmizdən də izləyin