logo
İsti hava şəraiti müşahidə olunur

İsti hava şəraiti müşahidə olunur

İsti hava şəraiti müşahidə olunur İsti hava şəraiti müşahidə olunur

Milli Hidrometeorologiya Xidməti tərəfindən öncədən xəbər verildiyi kimi, ölkə ərazisində sabit, isti hava şəraiti müşahidə olunur.  Bu gün havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında, eləcə də Aran rayonlarında  33-38, dağlıq rayonlarda  22-27 dərəcə isti təşkil edir. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

O qeyd edib ki, isti hava şəraitinin iyulun 6-da da davam edəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 34-39, Naxçıvan MR və Aran rayonlarında  35-38, bəzi yerlərdə 40 dərəcə isti olacağı gözlənilir.

“İyulun 6-da Abşeron yarımadasında  zəif küləklərin üstünlüyü və bəzi saatlarda durğun hava şərai fonunda isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.  Günorta  vaxtı  açıq havada uzun müddət qalmaq məsləhət deyil”.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media