https://innews.media/uploads/news/2024-06/_innews_4f7976dae87d72bc340d1395a_o.jpg
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov 13 iyun 2024-cü il tarixdə “Naxçıvan Dövlət Universitetinin əməkdaşlarına Naxçıvan Muxtar Respublikası fəxri adlarının verilməsi haqqında” və “Naxçıvan Dövlət Universitetinin əməkdaşlarının “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilməsi haqqında” sərəncamlar imzalayıb.
Sərəncamlara əsasən, Naxçıvan Muxtar Respublikasında tibb təhsilinin inkişafında səmərəli fəaliyyətlərinə görə Cəfərov Rauf Mehralı oğlu, Mustafayeva İlhamə Rafiq qızı, Rzayev Elmar İlqar oğluna “Əməkdar həkim”, Əsədov Elsevər Sabir oğlu, Məmmədov Bəhruz Qibləli oğluna “Əməkdar müəllim” fəxri adları verilib, Hüseynov Zaur Səbuhi oğlu və İbrahimov Mətləb Süleyman oğlu isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif ediliblər.
Ən son xəbərləri səhifəmizdən də izləyin