Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əhalinin həyat və sağlamlığının qorunması, istehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsi istiqmətində nəzarət tədbirlərini davam etdirir.
Xəbər verdiyimiz kimi, tədbirlər çərçivəsində Bakı şəhəri daxil olmaqla, respublikanın bütün regionlarında ticarət şəbəkələrində satışda olan dondurmaların keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ sənədlərin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə Agentlik əməkdaşları tərəfindən keçirilmiş monitorinqlər zamanı uyğunsuzluqlar aşkarlanıb. Belə ki, ölkə ərazisində fəaliyyət göstərən dondurma emalı müəssisələri tərəfindən istehsal olunmuş məhsullardan götürülmüş nümunələrin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinəsi nəticəsində 4 istehsalçıya məxsus 10 məhsul partiyasında insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya (Enterobacteriaceae) aşkarlanıb.
Uyğunsuzluq aşkarlanan dondurma məhsulu partiyaları aşağıdakılardır:
№ |
Məhsulun adı |
İstehsalçı |
Məhsulun partiyası, istehsal və son istifadə tarixi |
Aşkar edilmiş uyğunsuzluq |
1 |
"İçərişəhər" əmtəə nişanlı vanilli plombir dondurma |
"Rich S.A" MMC |
30.03.2024-30.01.2025 |
Enterobacteriaceae bakteriyası |
2 |
"Soyuq" əmtəə nişanlı südlü kakaolu dondurma |
04.04.2024-04.02.2025 |
Enterobacteriaceae bakteriyası | |
3 |
"Soyuq" əmtəə nişanlı südlü çiyələkli dondurma |
03.04.2024-26.01.2025 |
Enterobacteriaceae bakteriyası | |
4 |
“İce Dream” əmtəə nişanlı şokoladlı plombir dondurma |
30.03.2024-30.01.2025 |
Enterobacteriaceae bakteriyası | |
5 |
"Yolka" əmtəə nişanlı qaymaqlı dondurma |
30.03.2024-30.01.2025 |
Enterobacteriaceae bakteriyası | |
6 |
“Qoşa Qapı” əmtəə nişanlı vanilli Eskimo dondurma |
"Camal LTD" MMC |
02.04.2024-02.02.2025 |
Enterobacteriaceae bakteriyası |
7 |
"Selena" əmtəə nişanlı Qlobus Eskimo vanilli plombir dondurma |
Fiziki şəxs Yusubova Səringül Kərəm qızı |
22.04.2024-22.02.2025 |
Enterobacteriaceae bakteriyası |
8 |
“Zoluşka” əmtəə nişanlı portağallı Eskimo dondurma |
10.04.2024-10.02.2025 |
Enterobacteriaceae bakteriyası | |
9 |
“Selena" əmtəə nişanlı südlü çiyələkli dondurma |
29.04.2024-28.02.2025 |
Enterobacteriaceae bakteriyası | |
10 |
"Naturalika" əmtəə nişanlı Eskimo dondurma |
Fiziki şəxs Poladov Müzəffər Müslüm oğlu |
27.04.2024-27.02.2025 |
Enterobacteriaceae bakteriyası |
Qeyd edək ki, Enterobacteriaceae ailəsinə mənsub olan bakteriyaların bir çoxu patogen xüsusiyyətli olub, insanlarda salmonelyoz, dizenteriya, kolit və mədə-bağırsaq pozğunluqları ilə müşayiət olunan digər qida mənşəli zəhərlənmələrə səbəb olur. Bu bakteriyalarla yoluxma insanlarda həmçinin tənəffüs və sidik yollarının iltihabı ilə nəticələnən proseslərə yol açır ki, bu zaman xəstə insanlarda hərarətin yüksəlməsi, halsızlıq, baş ağrıları və bu kimi digər əlamətlər müşahidə edilə bilər. Odur ki, Enterobacteriaceae bakteriyaları ilə sirayətlənmiş dondurma məhsullarının istehlakı insan sağlamlığı üçün təhlükəli hesab olunur.
AQTA sınaq nəticələri uyğunsuz olan istehsalçı müəssisələrdə plandankənar yoxlamalar keçirir, təhlükəli məhsullar ticarət şəbəkələrindən geri çağırılır və qanunvericiliyə uyğun tədbirlər görülür.
Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində uyğunsuzluqlar aşkarlanmış məhsullarla bağlı məlumatlar Agentliyin saytında təhlükəli məhsulların reyestrinə daxil edilib: https://afsa.gov.az/az/qida-zencirine-nezaret/tehlukeli-mehsullarin-reyestri
Vətəndaşlardan ticarət şəbəkələrində bu məhsullarla rastlaşdıqda, Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.
Ən son xəbərləri səhifəmizdən də izləyin